backend

Rusiyada azərbaycanlı taksi sürücüsü öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 26-dan 27-nə keçən gecə Nijni Novqorodda dəhşətli qətl hadisəsi olub. Avtozavod rayonunda əslən Azərbaycandan olan 52 yaşlı Elşən İsayevi bıçaqlayaraq qətlə yetiriblər. Sərnişin bıçağı sürücünün boğazına sancıb və hadisə yerindən qaçıb.
“Mən gələndə Elşən boynunu bağlayıb oturmuşdu, o, nəfəs almaqda çətinlik çəkdiyini dedi”, – bu barədə “Kstati”, (“Yeri gəlmişkən”) proqramının müxbirinə ölən taksi sürücüsünün həmkarı Aleksandr danışıb.
Taksi sürücüsü aldığı ağır yaradan xəstəxanada ölüb.
Sürücünün həmkarları qeyd ediblər ki, cinayətkar sənədlərin olduğu çantanı, eləcə də pul da daxil olmaqla dəyərli əşyaları avtomobildə qoyub.
Elşənin iki qızı qalıb. Yaxın günlərdə onlar anaları ilə bərabər Azərbaycana gələcəklər.
Sosial şəbəkədə faciənin səbəbkarı olduğu ehtimal edilən şəxsin fotosu yayılıb. Hüquq-mühafizə orqanlarından onun cinayətə aidiyyəti olduğu nə təsdiq, nə də təkzib edilib. Onun bu yaxınlarda həbsxanadan buraxıldığı məlumdur. Həmin şəxs qətlə aidiyyəti olduğunu təkzib edib. Kişi hadisə yerində təsadüfən olduğunu bildirib.

///Oxu.Az