backend

Daha bir intihar – Yarımçıq tikilidə özünü asdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Kürdəmir Rayon Prokurorluğundan məlumat verilib.
Hadisə rayonun Mürtülü kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Xalid İsmayıl oğlu özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidə asıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
///Trend