backend

Qardaşının qan içində qalmış meyitini tapdı – Bakıda faciə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Sabunçu rayonunda yaşadığı evdə damarlarını kəsərək həyatına son qoyan 57 yaşlı Baba Babayev gözətçi işləyirmiş. Dünən axşam saatlarında B.Babayevin yaşadığı evə gələn qardaşı onun yataq otağında qan içində qalmış meyitini aşkarlayıb. Məlum olub ki, B.Babayev ülgüclə damarlarını kəsərək intihar edib.
Hadisə vaxtı B.Babayevin həyat yoldaşı və övladları işdə olub. Onun hansı səbəbdən həyatına son qoyması hələlik tam aydınlaşmayıb.
///lent.az