backend

"Sahibkarlar boş iş yerlərinin sayını gizlədirlər"- Hadi Rəcəbli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Boş iş yerlərinin uçotunun məşğulluq xidmətlərinə təqdim olunma göstəricisi 30-40 faiz təşkil edir. Bu sahədə hələ də müəyyən problemlər var, çünki yerlərin sayı gizlədilir.
Bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib.
Komitə sədri bu kimi halların ciddi narahatlıq doğurduğunu qeyd edib. Onun fikrincə, bununla bağlı müəyyən ciddi addımlar atılmalıdır ki, sahibkarlar boş yerlərin sayı ilə bağlı düzgün məlumat versinlər: “Hətta bununla bağlı nəzərdə tutulan cərimələrin məbləği də artırıla bilər”.
///report