backend

Avtobus sürücüsü 20 yaşlı kar qızı zorladı – "Digər sürücü bizə baxıb gülürdü"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda bir avtobus şirkətinin 2 sürücüsü eşitmə əngəlli 20 yaşlı F.A. adlı gənc qızı zorlayıb.
Hadisə 2016-cı ilin 2 dekabr tarixində baş verib.
Habertürk-ün xəbərinə görə, Kayseridən İstanbula gələn sərnişin avtobusunun sürücüləri Mehmet E. (45) ilə Serhat O. (37) Esenler dayanacağında yolçularını düşürüblər. Yanacaq stansiyasına getmək üçün hərəkət edən avtobusun sürücüsü Mehmet E. yol kənarında gözləyən gənc bir qızı görüncə digər sürücüyə dayanmasını söyləyib. F.A. adlı gənc qız metroyla Beşiktaşa gedəcəyini söyləsə də, sürücülər, onu metroya qədər ötürəcəkləri sözünü veriblər. Mehmet E. qızı avtobusun orta hissəsinə aparıb. Digər sürücü isə avtobusdan enərək qapıları bağlayıb. Avtobusun 31-32 nömrəli oturacaqlarında Mehmet E. qıza təcavüz edib. Daha sonra qızı metroya aparıb. Qız təhlükəsizlik səlahiyyətlilərinə təcavüzə uğradığını söyləyib. Polis 2 sürücünü də nəzarətə alıb. Mehmet E. həbs olunarkən digər sürücü Serhat O. sərbəst buraxılıb.
F.A. hadisə gününü belə xatırlayır:
“Beşiktaşa gedəcəkdim. Yanımda dayanan avtobusdakı şəxs metroya qədər ötürəcəklərini söylədi. Səmimiyyətinə güvənərək mindim. Mehmet E. mənə İstanbulun pis və etibarsız bir yer olduğunu deyərək başıma bir şey gələrsə, axtarmağım üçün mobil telefonunu verdi. Sonra arxa hissəyə aparıb mənə hücum etdi. Boğazımı sıxdı. Digər sürücü isə bizi izləyib gülürdü. Sonra məni metroya yola saldılar. İçərisində 400 lirə olan pul kartımı götürüblər. Şikayətçiyim”.

“Pul qarşılığında oldu” İDDİASI
Mehmet E. isə o gecəylə bağlı bu iddiaları irəli sürüb:
“200 TL qarşılığında əlaqəni qəbul etdi. Öz istəyiylə birlikdə olduq. Üzərimdə pul olmadığını söylədim. “Bank hesabıma göndərərsiniz” dedi. Sonra onu metroya yola saldım. Əngəlli olduğunu fərq etmədim”.
///Milli.Az