Təhsil İdarəsi: Müəllimlər yaxın vaxtlarda gecikmiş maaşlarını alacaqlarbackend

Təhsil İdarəsi: Müəllimlər yaxın vaxtlarda gecikmiş maaşlarını alacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərə əmək haqları ilə yanaşı sentyabr ayı üzrə müəyyən edilən yeni dərs saatlarına görə əlavələr də verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu həftədən etibarən müəllimlərin oktyabr ayı üçün nəzərdə tutulan əmək haqlarını ala biləcəyini açıqlasa da, onların bəziləri bu gün də maaşını almayıb. APA-nın xəbərinə görə, bəzi rayonlar üzrə müəllimlərin əmək haqları hələ də gecikdirilir.
Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingentli barədə məlumatların emalı prosesi artıq başa çatıb və bütün ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqısı onların bank hesablarına köçürülüb: “Sadəcə, maaşın karta köçürülməsi prosesi texniki cəhətdən müəyyən vaxt ala bilər. Bu hal hər tədris ilinin əvvəlində müşahidə olunur. Müəllimlər narahat olmasınlar, onlar yaxın zamanda gecikmiş əmək haqlarını ala biləcəklər”.
Təhsil İdarəsindən o da bildirilib ki, sentyabr ayında dərs yeni başladığından müəllimlərin əksəriyyətinin dərs saatları tam formalaşmayıb. Buna görə də onlar sentyabr ayının əmək haqlarını müəyyən kəsrlərlə alıblar. Bu ay isə müəllimlərə əmək haqları ilə yanaşı sentyabr ayı üzrə müəyyən edilən yeni dərs saatlarına görə əlavələr də verilib.