"“Real”da oynamaq ən böyük arzumdu” – Əmrə Mor

13:49 | 30 Mart, 2017
“Borussiya” dünyanın ən yaxşı komandalarından biridi. Mən burada çox şey öyrənirəm”.
Bu sözləri Türkiyə yığmasının futbolçusu Əmrə Mor deyib.
Dortmund “Borussiya”sında çıxış edən gənc yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlama verib. O, gələcəkdə oynamaq istədiyi klubun adını açıqlayıb. Məlum olub ki, Əmrə Madrid “Real”ında çıxış etmək arzusundadı: “Borussiya”da özümü xoşbəxt sayıram. Amma nə vaxtsa “Real”ın formasını geyinmək, ulduz futbolçu olmaq istəyirəm. Bu mənim ən böyük arzumdu. Başa düşürəm ki, bunu reallaşdırmaq mənim üçün hələ tezdi. Lakin özümə bələdəm. Düşünürəm ki, gələcəkdə “Barselona”da da çıxış etməyim mümkündü”
Qeyd edək ki, 19 yaşlı futbolçu ötən ildən “Borussiya”nın formasını geyinir.
///Apasport.az