Alim Qasımovun Paris Filarmoniyasında konserti olubbackend

Alim Qasımovun Paris Filarmoniyasında konserti olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris şəhər teatrı ilə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Xalq Artisti Alim Qasımovun və Əməkdar Artist Fərqanə Qasımovanın Paris Filarmoniyasında konserti olub.
APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, konsert proqramında Alim Qasımov qızı ilə birlikdə bir sıra muğamlar, xalq və bəstəkar mahnıları və təsniflər ifa edib.
Qeyd edək ki, tanınmış muğam ustası Alim Qasımov artıq iyirmi ildən çoxdur Fransanın müxtəlif şəhərlərində konsertlər verir. Fransalı musiqisevərlər onun yaradıcılığı ilə yaxından tanışdırlar.