backend

Dəniz Çakırdan azərbaycanlıya jest – 22 minlik qazanc

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məşhur türkiyəli aktrisa Dəniz Çakır azərbaycanlı gəncin videosunu paylaşıb.
Editor.az “qafqazinfo”ya istinadən xəbər verir ki, “Eşkiya dünyaya hükümdar olmaz” serialının qəhrəmanı Dəniz həmyerlimiz Nahid Abbaszadənin serialla bağlı hazırladığı videonu öz rəsmi səhifəsində izləyiciləri ilə bölüşüb.
Həmin görüntüləri 300 minə yaxın insan izləyib. Dəniz isə “Nə şirinsiz” şərhini yazıb. Bu paylaşım Nahidə 22 min izləyici qazandırıb.
Bundan əvvəl isə həmin “vine” ilə bağlı Türkiyənin ATV kanalı sujet hazırlayıb.
Azərbaycanlı gənc açıqlamasında deyib ki, Dənizin paylaşdığı video onun ilk işidir:
“Dostlarımın izləməsi üçün maraqlı videolar hazırlayırdım. Həmin videom başqa serialların instaqram səhifələrində paylaşıldı. “Eşkiya dünyaya hükümdar olmaz”la bağlı görüntülər çəkməyimin səbəbkarı Dəniz Çakırdır. Onu çox sevirəm, sağ olsun, qiymətləndirdi, rəsmi səhifəsində paylaşdı. İlk videom Dənizlə bağlı oldu”.