Bakıda Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

02:18 | 17 Noyabr, 2016

Azərbaycan prezidenti İlham Əliyev V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə 2017-ci ilin oktyabr ayında Bakı şəhərində V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun təşkilinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.