backend

Prezident aprel döyüşlərinin qəhrəmanları ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İlham Əliyev aprel döyüşlərinin ildönümü ilə bağlı görüş keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup hərbçi ilə görüşüb. İstiPress-in məlumatına görə, dövlət başçısı Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar görüş keçirib.
Dördgünlük müharibə – 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişədir. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib.
Döyüşlərdə ermənilərə məxsus onlarla tank, o cümlədən hərbi texnika, artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib. Qarşı tərəf yüzlərlə canlı qüvvə itkisi verib.
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib.