İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıbbackend

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin böyük banklarından birinin İstanbuldakı qalereyasında azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlunun fərdi sərgisi açılıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, sərgidə rəssamın son illərdə peyzaj və fiqurativ janrlarda yaratdığı 30-dan yuxarı müxtəlif ölçülü tablosu nümayiş etdirilir. Əbülfəz Fərəcoğlu APA-ya deyib ki, bu fərdi sərgini açmaq üçün ən az 3 il əvvəldən ərizə vermək lazımdır. Seçici şura ərizə vermiş sənətkarın əsərlərinin peşəkarlıq dərəcəsini müəyyənləşdirəndən sonra qərar verir: “Bu, mənim indiyə qədər bankda açdığım üçüncü fərdi sərgidir. Qalereya sərgidə nümayiş etdirilən əsərlərimin kataloqunu buraxdı, qalereyanın fondunda olan əsərim isə daha əvvəl çap olunmuş kitaba daxil edilib”.
Qeyd edək ki, 1956-cı ildə Naxçıvanda anadan olmuş Əbüfəz Fərəcoğlu Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. 1997-ci ildən yaradıcılıq işlərini Türkiyədə davam etdirən Əbülfəz Fərəcoğlu indiyə qədər Türkiyə, Rusiya və Avropanın müxtəlif ölkələrində 50-dən çox sərgi açıb, rəssamın əsərləri bir çox qrup sərgisində nümayiş etdirilib. İstanbulda “Ekim” adlı fərdi rəsm emalatxanasını yaradan rəssamın 70-ə yaxın tələbəsi var. Fərəcoğlu İstanbulun Mətbuat muzeyinin sənət emalatxanasında rəsm dərsləri verir.