backend

"Azərbaycan ordusu dağıdıcı qüvvəyə malik silah və döyüş texnikası ilə təmin olunur"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüş keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Editor.az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxışı zamanı deyib:
– Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Məruzə edirəm ki, Sizin rəhbərliyiniz ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunur. Ordunun döyüş hazırlığı gündən-günə artır, mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Xüsusi qeyd etmək istəyirəm ki, sosial bazanın möhkəmlənməsi istiqamətində böyük işlər görülmüşdür. Yeni, müasir, işıqlı hərbi şəhərciklər şəxsi heyətin istifadəsinə verilmişdir. Zabit və gizirlər həm xidməti, həm də daimi mənzillərlə – mindən çox mənzillə təmin olunmuşlar. Mən xüsusi qeyd etmək istəyirəm ki, Sizin tapşırığınızla biz “Açıq qapı” günü keçirmişik. İcazə verin valideynlərin xahişini Sizə çatdırım. Onlar dərin minnətdarlıqlarını bildirirlər ki, hərbi qulluqçular üçün belə yüksək səviyyədə şərait yaradılıb və təminat yüksək səviyyədədir.

Möhtərəm cənab Prezident, Silahlı Qüvvələrin şəxsi heyəti Sizin diqqət və qayğınızı daim hiss edir və buna görə Sizə dərin minnətdarlığını bildirir. Silahlı Qüvvələr Sizin əmr və göstərişlərinizi hər an yerinə yetirməyə hazırdır və qadirdir. Sağ olun cənab Prezident.