backend

Xırdalanın bir hissəsi işıqsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Abşeron rayonu Xırdalan şəhərinin bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.
“APA-Economics” xəbər verir ki, Xırdalanın 28-ci məhəllə adlanan ərazisi saat 11:00 radələrindən etibarən işıqsız qalıb.
Məhəllənin sakinlərinin sözlərinə görə, “Azərişıq” ASC-nin əməkdaşları problemi aradan qaldırmaq istəsə də, 4 saatdan artıq (saat 15:10-dək – red.) vaxt ərzində buna nail olmaq mümkün olmayıb. “Artıq 4 saatdır ki, işıq üzünə həsrətik. “Azərişıq” səhər bəyan edib ki, gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Amma bu bəyanatdan bir qədər sonra işıq kəsilib və hələ də işıq üzünə həsrətik”, – deyə məhəllənin 16-cı binasının sakinlərindən biri bildirib.
“Azərişıq” ASC-dən isə “APA-Economics”ə bildiriblər ki, hadisə yerində çalışan qəza xidmətinin əməkdaşları problemi aradan qaldırmaq üzrədir və elektrik enerjisinin təchizatı tezliklə bərpa olunacaq.