backend

Əsən külək fəsadlar törədib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda güclü külək fəsadlar törədib.
Paytaxtın Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçələrinin kəsişməsində dirək üzərində quraşdırılmış və metaldan hazırlanmış iri reklam lövhəsi hava axınının təsiri ilə yolun hərəkət hissəsinə düşüb.

Güclü külək nəticəsində Bakının Biləcəri qəsəbəsində yaşayış binasının dam örtüyü uçaraq yerə düşüb.

Neftçalada isə güclü külək məktəbin dam örtüyünü uçurub.
Qeyd edək ki, trend-in məlumatında görə, Bakıda əsən güclü külək nəticəsində 3 ağac aşıb, 5 ağacın budaqları qırılaraq yerə tökülüb, daha 15-ə yaxın ağac isə əyilərək qəzalı vəziyyətə düşüb.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dünən yaydığı xəbərdarlığa görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
 
///Oxu.az