backend

6 yaşlı uşaq yanaraq öldü – Sumqayıtda dəhşət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
Editor.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat  21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.