backend

Bakıda kriminal avtoritet həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda kriminal avtoritet saxlanılıb.
“Report” xəbər verir ki, polis əməkdaşlarının Qaradağ rayonu ərazisində keçirdiyi əməliyyat zamanı Masallı rayon sakini 33 yaşlı Firidun Bayramov tutulub.
O, Qaradağ rayonu ərazisində bir neçə ağır cinayətin təşkilatçısı olmaqda şübhəli bilinir.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, F.Bayramov “Fedya” ləqəbi ilə tanınır.