backend

Azərbaycanda avtomobil aşdı: 1 ölü, 4 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərdab rayonunda ağır yol qəzası baş verib.
Rayon ərazisində “VAZ 2105” markalı, 04 BX 353 dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 23 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Zərdab rayon Polis Şöbəsində araşdırma aparılır.
///Lent.az