backend

Vəzifəsindən uzaqlaşdırılan polis rəisi danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov haqqında yayılan məlumata münasibət bildirib.
C.Hüseynov Report-a açıqlamasında deyib ki, bölmənin əməkdaşı, polis kapitanı Rüfət Qasımov 20 Yanvar – Ümumxalq Hüzn Günü rəhbərliyin icazəsi olmadan xidməti yerini tərk edib: “Rüfət Qasımov iki nəfərə qarşı qeyri-qanuni əməliyyat keçirib və onlardan rüşvət alıb”.
C.Hüseynov bildirib ki, bu əmələ görə Rüfət Qasımov işdən və daxili işlər orqanlarından çıxarılıb: “Tabeçiliyimdə olan əməkdaş bu cür əmələ yol verdiyinə görə mən də sərəncama götürüldüm. Həmin qanunsuz əməliyyatda mənim iştirakımla bağlı yayılan məlumatlar yanlışdır”.