backend

Göyçayda ilanlar sürü halında evlərə hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunda sürü halında üzə çıxan ilanlar görənlərin marağına və qorxusuna səbəb olub.
Azın ilk günlərində rayonun Bığır kəndi ərazisində, ilanlar fərdi yaşayış evlərinə daxil olaraq insanları qorxuya salıb.
Kənddə məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün Kəmalə Əhmədovanın mənzilində qəflətən peyda olan 10-dan çox ilan ailə üzvlərini təlaşa salıb. Bir həftədir ki, qorxu içində yaşayan ailə üzvləri otaqlara girən 4 sürünəni öldürə bilsələr də, digər ilanların qaçıb gizləndiyini deyiblər. Ev sahibəsinin sözlərinə görə, hər il yaşadıqları evin həyətindən xeyli sayda ilan öldürülür.
Evə girən ilanların üzunluğu 1-1, 50 metrdən uzun olub. Göyçay rayon Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyev yay vaxtı Bığır kəndi ərazisində ara-sıra ilanların göründüyünü, lakin bu vaxtı zəhərli sürünənlərin kütləvi şəkildə peyda olmasını heç də xoşagələn hal hesab etməyib. İlanların hücumuna məruz qalan ailə bizə müraciət edib. Mütəxəsislər əraziyə baxış keçirəcək, evin və həyatyanı sahənin dərmanlanması işi aparılacaq. İlanların gəlməsinin qarşısını almaq üçün xüsusi iyə malik olan dərman preparatı ilə ərazi dezinfeksiya olunur. Dərmanın iyinə görə ilanlar evlərə, mal-qara tövləsinə yaxınlaşmır.
/// İstipress