Paşinyan Rusiyaya “müharibə” elan etdi: Putin Ermənistana müdaxiləyə hazırlaşırbackend

Paşinyan Rusiyaya “müharibə” elan etdi: Putin Ermənistana müdaxiləyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın MDB ölkələrinin iqtisadi şurasının Moskvada keçiriləcək 100-cü iclasına yüksək səviyyədə nümayəndə heyəti göndərməməsi, boykot etməsi ilk belə hal deyil. Rəsmi İrəvan artıq öz yolunu seçib. Qərbə gedən yol Rusiyadan keçmir”.

 

Editor.az xəbər verir ki, bunu Globalinfo.az-a politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Ermənistan bu davranışı ilə bir daha açıq-aşkar elan edir ki, o, Rusiyadan uzaqlaşmaq istəyir:

“Paşinyan hakimiyyətə gəldiyi ilk ildən etibarən Qərbə inteqrasiya yolunu tutub. Son illərdə isə bunu radikal formada büruzə verir. Hesab edirəm, onun MDB ölkələrinin iqtisadi şurasının Moskvada keçiriləcək 100-cü iclasına yüksək səviyyədə nümayəndə heyəti göndərməməsi də növbəti siyasi mesajdır.

Paşinyan faktiki olaraq Kremlə mesaj verir ki, Ermənistan nəinki Rusiyanın təsir dairəsindən çıxır, həm də artıq Moskvanın yaratdığı təşkilatlarda olmaq istəmir. Yəni İrəvanın tədricən MDB-dən çıxmaq hazırlıqları gördüyünü demək olar.

Lakin bu baş verərsə, Ermənistanı yaxşı heç nə gözləməyəcək. Kreml məhz bunu əsas gətirib, Ermənistana müdaxilə edə bilər”.