backend

" Metroda partlayışlar nəticəsində ölənlər arasında azərbaycanlı yoxdur" – Baş konsul

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hadisə yerindən əldə edilən ilkin məlumatlara görə, Sankt-Peterburqda metro stansiyalarındakı partlayışlar nəticəsində ölən və yaralananlar arasında azərbaycanlı yoxdur”.
Bunu Report-a Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
“Müvafiq xidmətlərlə əlaqədəyik və yeni məlumat olacağı təqdirdə xəbər veriləcək”, – S.Qasımov bildirib.
O, hadisə yerində istintaq qrupunun işlədiyini vurğulayıb.