backend

Bakı metrosunda şəxsi heyətə göstəriş – Ayıq-sayıq olun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda metroda baş vermiş terror aktından sonra Bakı metrosunda şəxsi heyətə daha ayıq-sayıq olması barədə göstəriş verilib.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bu göstəriş həm metronun personalına, həm də burada xidmət aparan polis əməkdaşlarına aiddir: “Onsuz da Bakı metrosunda təhlükəsizlik maksimum səviyyədə təmin edilib. Ümumiyyətlə, metroda təhlükəsizlik tədbirləri elə görülüb ki, metrodan istifadə edən sərnişinlərin narahatlığına əsas yoxdur. Onlar çox rahat şəkildə metrodan istifadə edə bilərlər”.
Qeyd edək ki, saat təxminən 16 radələrində Rusiyanın Sankt-Peterburq şəhərində metronun “Sennaya ploşad” və “Texnologiçeskiy institut” stansiyalarında partlayış baş verir. İlkin məlumatara görə, terror aktı nəticəsində baş verən partlayış zamanı 10 nəfər ölüb, 50-dən çox yaralı var. Yaralılar arasında uşaqların da olduğu qeyd olunur.
///Milli.Az