backend

Metro terrorunda azərbaycanlı qız həlak olub – 20 yaşlı Dilbarə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında bir azərbaycanlının olduğu məlum olub.
Bu, 20 yaşlı Əliyeva Dilbarədir.
D.Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub.
Məlumatı Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib.
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş vermiş partlayışda 28 yaşlı azərbaycanlı Zaur Vəliyev ağır yaralanıb.
///Diaspor.az