backend

Azərbaycanlı fəhlələri daşıyan lift 12 metrlik yüksəklikdən yerə çırpılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik yüksəklikdən yerə çırpılıb. Bildirildiyinə görə, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub.
Ağır xəsarət alanlar fəhlələr xəstəxanaya çatdırılıb.
Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır – texniki təhlükəsizlik qaydalarını pozub.
Qeyd olunur ki, lift insanları sdaşımaq üçün nəzərdə tutulmayıbmış.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar.
///Virtualaz.org