backend

34 yaşlı kişi özünü üçüncü mərtəbədən atdı – Daha bir intihara cəhd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 34 yaşlı kişi özünü binanın üçüncü mərtəbəsindən yerə ataraq intihara cəhd edib.
“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Rəşid Behbudov küçəsində yerləşən binanın 3-cü mərtəbəsindəki mənzildə yaşayan 1983-cü il təvəllüdlü E.Məcidov eyvana çıxaraq özünü yerə atıb. E.Məcidov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, E.Məcidov ailəlidir və onun 1 övladı var.