backend

Bakıda valideynlərin danladığı 11 yaşlı uşaq itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 11 yaşlı uşaq itkin düşüb.
Bu barədə “Report”a onun anası Elnarə Məmmədova məlumat verib.
E.Məmmədovanın sözlərinə görə, paytaxtın Nərimanov rayonu Yanvar Nəsirov küçəsi, ev 4 ünvanında yaşayan 11 yaşlı Ağamir Nəcəfi dünən saat 14:00 radələrində evdən çıxaraq, bir daha geri qayıtmayıb: “Ağamir hadisədən əvvəl icazəsiz evdən çıxdığı üçün atası Abbas və mən onu danladıq. Bundan sonra o, yenə icazəsiz evdən çıxıb, lakin geri qayıtmayıb. Biz hələ də oğlumuzdan bir xəbər ala bilmirik”.
Uşağı görənlərdən (050) 222 19 24 nömrəli telefona zəng vurmaları xahiş olunur.