Aİ 2024-2027-ci illər üçün Ukraynaya 50 milyard avro məbləğində yardım proqramını təsdiqləyibbackend

Aİ 2024-2027-ci illər üçün Ukraynaya 50 milyard avro məbləğində yardım proqramını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Ukraynanın Aİ-dən maliyyə yardımı almaq üçün yerinə yetirməli olduğu şərtləri təsdiqləyibƏsas şərt kimi, Ukraynada qanunun aliliyi və azlıqların hüquqlarına hörmət göstərilib.

Editor.az bildirir ki, Aİ-nin ilkin tələbləri arasında Kiyevin çoxpartiyalı parlament sistemi də daxil olmaqla effektiv demokratik mexanizmləri dəstəkləməsi, həmçinin qanunun aliliyini və insan hüquqlarının, o cümlədən azlıqların hüquqlarını təmin etməsi də var.

Ukrayna ayrılan vəsaitləri fırıldaqçılıqdan, korrupsiyadan və maraqların toqquşmasından qorumaq üçün tədbirlər görməyə borcludur. Bildirilir ki, Kiyev Avropa İttifaqının tələblərini həyata keçirmək üçün islahatlar aparmalı və ödənişləri davam etdirmək üçün onlar haqqında hesabat verməlidir. Aİ Ukrayna planına dəyişiklik etmək, həmçinin Kiyevin tələblərə əməl etmədiyi təqdirdə maliyyələşdirməni dayandırmaq hüququna malikdir. Hər il ödəniş mexanizmi ilə bağlı hesabatlar və müzakirələr aparılacaq.

Beləliklə, fevralın 1-də Brüsseldə Avropa İttifaqının sammiti keçirilib. İclasdan sonra Aİ ölkələri Ukraynaya 2024-2027-ci illər üçün 50 milyard avro məbləğində yardım proqramını təsdiqləyib. Bunun 17 milyard avrosu qrant, 33 milyard avrosu isə kredit şəklində ayrılacaq. Avropa Şurası həmçinin Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardımın maliyyələşdirilməsi üçün köçürülməsi mexanizmini təsdiqləyib.

//Samir Qurbanov, Editor.az