backend

"Qızım nişanlanıb, toy olacaq"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Mətanət İsgəndərli ötən gün ad günü mərasimində görüntülənib.
Müğənni qızı Ülkərin nişanlanması ilə bağlı suallara cavab verməməyə çalışıb.
O bildirib ki, yaxın günlərdə övladına toy edəcək:
“Qızım onun şəxsi həyatından danışmağımı sevmir. Ona görə də geniş danışa bilmərəm. Nişanlanıb, toy olacaq”.
M.İsgəndərlinin yenidən kökəlməsi diqqət çəkib. İfaçı pəhrizi dayandırdığı üçün itirdiyi çəkini geri aldığını söyləyib:
“Bir az kökəlmişəm. Yenidən pəhrizə başlayacam. Bu aralar çəkilişlərim çox olduğu üçün edə bilmirəm. Amma yaya arıqlamalıyam”.
Qeyd edək ki, müğənni bir müddət əvvəl pəhrizlə 15 kiloqram çəki atmışdı.
///Axşam.az