Nazir adı korrupsiyada hallanan məmuru vəzifədən çıxardı

16:15 | 4 Aprel, 2017

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov daha bir kadr dəyişikliyi edib.
Mia.az-a daxil olan məlumata görə, nazir Sumqayıt Şəhər Məşğulluq Mərkəzinin rəhbəri İlham Hüseynovu işdən azad edib. İ.Hüseynov nazirin əmri ilə ƏƏSMN yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinin sədr müavini vəzifəsinə təyin olunub.
Məlumat üçün bildirək ki, son günlər İlham Hüseynovun adı rüşvət qalmaqalında hallanırdı. Onun Sumqayıt Şəhər Məşğulluq Mərkəzində yeyintilərə yol verməsi ilə bağlı bir sıra media qurumlarında məlumatlar da yayılmışdı. Hətta mərkəz direktorunun nazir Səlim Müslümov tərəfindən cəzalandırılacağı da bildirilirdi.