backend

Bakıda itən 11 yaşlı uşaq tapıldı – internet klubda imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən bəri itkin düşən Bakı sakini, 11 yaşlı Ağamir Nəcəfli tapılıb.
Editor.az bildirir ki, bu barədə “Qafqazinfo”ya məlumatı uşağın atası Abbas Nəcəfov verib. O, bildirib ki, hazırda uşaq yanındadır. Sən demə, Ağamir bütün gecəni internet klubda keçirib:
“Uşağım dəhşətli dərəcədə kompüter oyunları xəstəsidir. Bütün gün internet klubda oyun oynayıb. Bu gün səhər mənə zəng vuraraq yerini dedi, gedib götürdüm”.