backend

Bakı-Gəncə-Bakı ekspress qatarı ləğv edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarının hərəkət cədvəlindən çıxma hallarının baş verdiyini bildirib.
Belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur.
Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarı ləğv edilir.
///Lent.az