backend

Sərnişinlərə bəd xəbər: Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Gəncə-Bakı “Ekspress” qatarı iqtisadi cəhətdən səmərəli olmadığına görə ləğv edilir.
Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Şöbə rəisinin sözlərinə görə, Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarının hərəkət cədvəlindən çıxma halları baş verir: “Belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır.
Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur. Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir”.
//Milli.az