Almaniyanın XİN rəhbəri: "Türkiyə ilə münasibətlərimiz çox gərgindir"backend

Almaniyanın XİN rəhbəri: "Türkiyə ilə münasibətlərimiz çox gərgindir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Almaniya ilə Türkiyənin hazırkı münasibətləri çox gərgindir”.
bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. “Bizim münasibətlərimiz çox gərgindir və qarşıda duran vəzifəmiz bu münasibətləri normallaşdırmaqdır”, – deyə o, söyləyib.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər almaniyalı jurnalist Dəniz Yücelin İstanbulda həbs edilməsindən, eləcə də Almaniyanın Türkiyədəki referendumla bağlı ölkə ərazisində türkiyəli nazirlərin iştirakı ilə geniş toplantıların, mitinqlərin keçirilməsinə icazə verməməsindən sonra gərginləşib. Türkiyə hüquq-mühafizə orqanları D. Yüceli terrorçu təşkilatlarda iştirak, məlumatların qanunsuz istifadəsi və terrorçuluğun təbliğatında şübhəli bilir. Almaniya kansleri Angela Merkel jurnalistin azad olunmasını və Türkiyədə KİV azadlıqlarına əməl olunmasını tələb edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə rəsmi Berlinin hazırkı siyasətini nasist Almaniyasının yürütdüyü siyasətə bənzədib. Bu sözlə Almaniyada kəskin etiraza səbəb olub və almaniyalı siyasətçilər R. T. Ərdoğan haqqında çox ağır ifadələr işlədiblər.
//APA