Bakı rusiyalı turistlər üçün ilk beşliyə daxildir

02:37 | 6 İyun, 2017

Bakı rusiyalı turistlər arasında yay aylarında həftə sonu üçün populyar şəhərlər arasında ilk beşlikdə yer alıb.
Editor.az Trend-ə istinadən xəbər verir ki, bu “TurStat” analitik agentliyinin yeni hesabatından məlum olub.
İlk beşliyə Minsk, Praqa, Tbilisi və Tallin daxil olub.
Məlumata görə, rusiyalı turistlər Bakıya orta hesabla 2,5 gün müddətinə gəlir və gün ərzində 85 dollar xərcləyirlər.
Rusiyalı turistlər Azərbaycan paytaxtında əsasən, 23-25 iyun tarixlərində Formula 1 və 27-30 iyul tarixlərində “Jara” musiqi festivalı cəlb edir.