backend

Gürcüstan parlamentindən Əli Kərimli və dəstəsinə etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Radikal müxalifət təmsilçiləri AXCP sədrinin müavini Gözəl Bayramlı və Əfqan Muxtarlının həbsini siyasiləşdirərək Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirməyə çalışırlar. Əli Kərimli və dəstəsinin bu cəhdi gözlənildiyi kimi Gürcüstanda da xoş qarşılanmayıb və bunun Azərbaycana qarşı təxribat olduğu bəyan edilib.
Editor.az xəbər verir ki, Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov azvision.az-a bildirib ki, Azərbaycan-Gürcüstan əlaqələrini pozmaq cəhdləri yolverilməzdir.
“İki ölkə arasında münasibətlər dostluq səviyyəsindədir. Kimlərsə əl altından öz niyyətlərini həyata keçirməyə çalışırlar. Kənar qüvvələr dostluq, qonşuluq əlaqələrini poza bilməzlər. Bu, xoşa gələn hadisə deyil. Biz Azərbaycana qara ləkə vurmaq cəhdlərini birmənalı şəkildə pisləyirik. Gürcüstanda yaşayan soydaşlarımız buna heç vaxt imkan verməzlər”, – A.Süleymanov deyib.
Qeyd edək ki, Gözəl Bayramlı Gürcüstandan Azərbaycan Respublikasına gələrkən külli miqdar təşkil edən 12 min ABŞ dolları məbləğində nağd pul vəsaitini bəyan etməyərək əl yükünün içərisində gizlədilmiş halda keçirdikdən sonra Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə təbdiri nəticəsində saxlanılıb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Əfqan Muxtarlının həbsi ilə bağlı yayıla məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və xidmətin əməkdaşları tərəfindən saxlanılıb. Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb. Həmin faktla bağlı 30 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanmış və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub. 31 may 2017-ci il tarixdə Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1, 206.1 və 315.2-ci ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.