backend

Millət vəkili: “Azərbaycanın ABŞ ilə əlqələrində yeni səhifə açılmaqdadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın ABŞ ilə əlqələrində yeni səhifə açılmaqdadır. Bu ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidentinə ünvanladığı son 2 məktubdan da hiss olunur”. Bunu Millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, əslində dünyada qlobal miqyasda dəyişikliklər baş verməkdədir: “Strateji maraqlar dinamik olaraq dəyişməkdə və yeni-yeni mübarizə meydanları yaranmaqdadır. Bunların da əsas səbəblərində biri bir çox hallarda ikili siyasətin aparılması və beynəlxalq hüquq normalarına əməl etməməkdir. Azərbaycanın bu istiqamətdə siyasəti sabitdir, stratejidir və beynəlxalq miqyasda sülhün və inkişafın təmin olunmasına xidmət edir. ABŞ-ın əsas rolu bir super dövlət kimi beynəlxalq sülhün və inkişafın təmin olunmasına səylərini yönəltmək olmalıdır. Son zamanlar bu reallığı qəbul edənlərin sayı artmaqdadır. Belə strateji yanaşma isə ABŞ və Azərabaycan əlaqələrinin inkişafına xidmət edəcək”.
//SİA