Azərbaycanda ötən il 1 tondan çox heroin qanunsuz dövriyyədən çıxarılıbbackend

Azərbaycanda ötən il 1 tondan çox heroin qanunsuz dövriyyədən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən il Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 2 ton 150 kq 529,354 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 21.532 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 654 kq 081,557 qr-ı marixuana, 225 kq 544,966 qr-ı tiryək, 1 ton 186 kq 270,004 qr-ı heroin, 42 kq 211,316 qr-ı həşiş, 42 kq 400,711 qr-I psixotrop maddələr və digərləri, 11976 ədədi həb, o cümlədən 21.532 ədəd çətənə kolu olub. 2015-ci illə müqayisədə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr sırasında heroinin miqdarı xeyli artıb. 2015-ci ildə cəmi 80 kq 311,795 qr heroin qanunsuz dövriyyədən çıxarılıb.
Ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən cəmi 3411 fakt aşkar edilib. Onlardan 888-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2221-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 259-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 43-ü isə digərləri olub.
//APA