backend

BAŞ PROKUROR CASUS ŞƏBƏKƏSİNDƏN DANIŞDI – “İfşasında Müdafiə Nazirliyinin rolu böyükdür“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür”. Bunu bu gün baş prokuror Zakir Qaralov bildirib.
Baş prokuror deyib ki, bu cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir: “Artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib. Bütün KİV bu məlumatları işıqlandırmaqdan çəkinməyə çağırıram. Azərbaycan müharibə şəraitindədir, heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan Ordusuna, onun hərbi qüdrətinə, qeyrətli övladlarımıza ləkə vursun, xələl gətirsin. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıblar. Dövlətimizin hərbi qüdrəti üçün bu günə hər hansı təhlükə yoxdur”.
//APA