backend

İrandakı terror nəticəsində ölənlərin sayı 12-yə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisələr zamanı 12 nəfər ölüb, 39 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub.
İran parlamentində terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat başa çatıb.
Milli Məclisə hücum edən 4 silahlının hamısı məhv edilib.
Hazırda binada axtarış aparılır.
Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri ƏLi Laricani hadisə yerinə baxış keçirib.
İranın paytaxtı Tehranda baş vermiş silahlı hücumlardan sonra ümumilikdə 35 nəfər xəstəxanalara yerləşdirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün silahlıların parlamentdə atəşə açması nəticəsində 7 nəfər ölüb.
Bundan başqa, Xomeyninin məqbərəsinə hücum edən şəxslərdən birinin özünü partlatması nəticəsində isə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Hazırda parlamentin binasında atışma dayanıb.
Təhlükəsizlik orqanları əməkdaşlarının terrorçulara qarşı pilotsuz uçuş aparatlarından istifadə etdiyi bildirilir.
Ən son məlumata görə, terrorçulardan biri özünü partladıb.
Məlumatı Asharq Al-Awsat yayıb.
Qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə, ölənlərin sayı 7 nəfərdir.
Bu barədə məlumatı Tasnim News Agency yayıb.
İmam Xomeyninin məqbərəsinə hücum etmiş terrorçulardan biri polisin əlinə keçəndən sonra intihar edib.
Milli.Az Press TV-yə istinadən bildirir ki, o, kalium-sianid içərək özünü zəhərləyib.
İran parlamentindəki atışmada 4 mühafizəçinin yaralandığı, onlardan birinin aldığı yaralardan keçindiyi iddia olunur.
Milli.Az Tasnim-ə istinadən bildirir ki, atışma zamanı deputatlar iclas zalında olublar.
3 terrorçunun binaya soxulandan sonra jurnalistlərə də atəş açmağa başladığı söylənilir.
İran parlamentinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Mehdi Kiayinin dediyinə görə, binada atışma yoxdur və hər şey normallaşıb.
İran parlamentindəki terror aktına görə məsuliyyəti İŞİD boynuna götürüb. Parlamentdəki atışmada 1 nəfər həlak olub, 8 nəfər yaralanıb.
İmam Xomeyninin məqbərəsindəki teraktda 5 nəfər yaralanıb.
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Mehr agentliyi bildirir ki, İmam Xomeyni məqbərəsində iki nəfər yaralanıb. Terrorçulardan biri ələ keçib, o, qadındır. İran Kənd Təsərüffat Bankının qarşısında bir terrorçu özünü partlatma istəyib. Polis onu güllələyərək növbəti terrorun qarşısını alıb. Həmin şəxsin İmam Xomeyni məqbərəsinə girmək istədiyi deyilir.
Tehranda hərbi hissələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyi barədə xəbərlər yalandır. İran parlamentinin deputatı Həsən Bejinin dediyinə görə, parlamentdə bir nəfər həlak olub, 3 şəxs yaralanıb.
Tehranın cənubunda İmam Xomeyninin məqbərəsində iki terrorçunun içəri daxil olması və qarşılarına çıxan hər kəsə atəş açması və 3-cü terrorçunun mavzoleyin qarşısında özünü partlatması nəticəsində 12 nəfərin yaralandığı deyilir.
Həmin terrorçuların İran parlamentinə hücum edən terrorçularla eyni qrupdan olduğu vurğulanır. İran polisi açıqlamasında deyib ki, parlamentdəki atışmada “Pəstərane İslami” korpusunun zabiti və iki mülki şəxs yaralanıb. Həmin şəxslər deputatların yanına gələn vətəndaşlardır. Parlamentin səlahiyyətlisi Əkbər Rəncbərbadi bildirib ki, bir terrorçu parlamentin foyesində zərərsizlşdirilib. İran parlamentinin təhlükəsizlik komitəsinin rəhbəri İlyas Həzrətinin dediyinə görə hücum edənlər 3 nəfər olub. Onlarda 2 kalaşnikov avtomatı və bir Glock tapançası olub. Parlamentdə axtarışlar davam edir. Bəzi deputatlar bildirirlər ki, parlamentə 4 terrorçu daxil olub və atışmada 8 nəfər yaralanıb. Hazırda parlamentin 2-ci mərtəbəsinin sol korpusunda atışma səsləri eşidilir. Son xəbərlərə görə, yaralananların 3-ü qadındır. Qadınlardan birinin bacısı İran metropolitenində qatarların toqquşması nəticəsində yaralanandır.
İranlı millət vəkili Elias Hazrati terrorçularda kalaşnikov avtomatı və bir də tapança olduğunu bildirib.
Fars agentliyi bildirir ki, terrorçulardan biri parlamentin damında atışmada yaralanıb. Terrorçuların binaya şimal korpusdan daxil olduqları deyilir. Parlament ətrafında nəqliyyatın hərəkəti dayandırılıb.
Terrorçuların İranda illərdən bəri hakimiyyətə qarşı terror aksiyaları törədən “Xalq Mücahidləri”nin (“Mücahiddin Xalq”) üzvü olduğu bildirilir.
Xomeyni türbəsinin qarşısında isə 3 terrorçunun silahlı hücum təşkil etdiyi bildirilir.
Paytaxt Tehrandakı türbənin qarşısında 1 nəfərin öldüyü, 5 insanın yaralandığı deyilir.
Tasnim xəbər agentliyi parlament binasında bir neçə nəfərin girov götürüldüyü və silahlı qarşıdurmanın hələ davam etdiyini iddia edib.
Lakin Tasnim girov xəbərinin hələ səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmədiyini də əlavə edib. İranlı millət vəkili Elias Hazrati 3 silahlı terrorçunun iki vətəndaşı yaraladığını deyib. Terrorçulardan birinin həbs olunduğu açıqlanıb. Həmçinin Xomeyninin türbəsinin qarşısında də yaralılar olduğu haqda məlumatlar var.
İran parlamentindən silah səsləri gəlməyə davam edir.
Bir cangüdənin yaralandığı deyilir. Tasnim xəbər agentliyi isə 3 silahlı şəxsin iki nəfəri yaraladığı haqda xəbər yayıb.
Fars xəbər agentliyi isə bir kişi terrorçunun parlament binasından qaçdığını yazıb.
ilkin məlumata görə, iki yaralı var. Silahlı şəxs bir neçə nəfəri girov götürüb, atışma davam edir.
//Milli.az