backend

Deputat: “İdarəçilikdə yeni mərhələ başlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən son islahatlar ölkəmizin inkişafı istiqamətində yeni mərhələdir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov söyləyib. Onun sözlərinə görə, bu islahatlar nəticəsində xeyli sayda gənc dövlət rəhbərliyinə gətirilib:
“Çox gözəl təşəbbüsdür. Cənab Prezident İlham Əliyev dəfələrlə sübut edib ki, O ölkə gəncliyinin dostu və təminatçısıdır. Son sərəncamlar bunun bir daha bariz nümunəsi oldu. Yüksək vəzifələrə təyinat alan gənclərin çoxu uzun müddətdir təcrübə toplayıblar və onların enerjisindən istifadə etmək yalnız bizim xeyrimizədir. Hesab edirəm ki, bu islahatlar davamlı olacaq və bu islahatlar nəticəsində dövlətin idarə olunmasında yeni mərhələ başlayacaq”.
//Editor.az