backend

Deputat: “Yeni mərhələnin başlanğıcıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən il keçirilən refendumdan sonra həyata keçirilən struktur dəyişiklikləri ölkədə daha çevik idarəçilik sisteminin qurulmasına xidmət edir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Rzayev söyləyib.
Onun sözlərinə görə, bu dəyişikliklər dövlət idarəetmə sistemində yeni mərhələnin başlanğıcıdır:
“Hesab edirəm ki, Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən son addımlar vətəndaşların dövlət qurumlarına əlçatanlığını təmin edəcək. İmkan yaradacaq ki, gənc, enerjili kadrlar öz potensialını dövlətimizin inkişafına yönəltsinlər. Eyni zamanda bu məsuliyyət deməkdir. Ölkə rəhbərinin etimadını qazanmış məmurlar Cənab Prezidentin qarşıya qoyduğu işləri layiqincə yerinə yetirməli, onlara göstərilən etimadı layiqincə doğrultmalıdır”.
// Editor.az