backend

Əsəbi vaxtlarınızda belə, sevişməkdən qaçmayın: daha istəkli, daha ehtiraslı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sekslə məşğul olmağı vəzifə kimi qəbul etməkdən çəkinin. Əks təqdirdə seks həyatınızda monotonluq yaranacaq. Bu isə əlaqənizin bitməsinə gətirib çıxara bilər və ciddi problemlərlə qarşılaşmanıza yol açar.
• Xanımlar, həyat yoldaşınızla birlikdə küçəyə, gəzməyə çıxdıqda alt paltarı geyməyin və bunu uyğun bir anda onun qulağına pıçıldayın.
inanın ki, sizi yatağa atmaq üçün fürsət gözləyəcək.
• Ən əsəbi və davalı vaxtlarınızda belə, sevişməkdən qaçmayın, bu cür hallarda normaldan daha çox istəkli və ehtiraslı ola bilərsiniz.
• Sekslə məşğul olarkən nəfəsinizi tutmayın və içinizdən gələn səsləri tərəf müqabilinizin eşitməsinə icazə verin. Ən əsası, mütləq ona iltifat deməyi unutmayın.
• Təkcə yataq otağında sevişməyin. Cinsi münasibətlərinizi başqa yerlərdə də qurmaqdan çəkinməyin. Evinizin içindəki hər məkanı bunun üçün dəyərləndirə bilərsiniz.
• Necə bir gecə arzuladığınızı, necə bir gecə keçirmək istədiyinizi tərəf müqabilinizlə paylaşın. Sizin o an romantik, yoxsa vəhşi, çılğın duyğular içində olacağınızı bilməsinə imkan yaradın.
• Müxtəlif sürprizlər edin, ona nə etmək istədiyinizi izah edən kiçik mesajlar yazın, bu, həm də onu həmin vəziyyətə hazır edəcək. Bunları görüb eşitdikcə sizi həyəcanla gözləyəcək.
• Mütləq fərqli pozaları sınaqdan keçirin. Hətta bu mövqelərlə bağlı kiçik qeydlər yazılmış şans falı edin. Artıq onun şansına nə çıxarsa…
• Hamamda birlikdə vaxt keçirin, gözəl qoxuların və yağların olduğu bir vannanın içərisində ikiniz çox cəzbedici olacaqsınız.
• Mütləq əllərinizi istifadə edin, həssas nöqtələrinizi kəşf etməyiniz birlikdə bir xəzinə tapmaq kimi olacaq.
• Döşlərin uclarındakı sinir hüceyrələrini mütləq hərəkətə gətirin. Vücudun bu bölgəsi çox həssasdır və olduqca zövq almağınızı təmin edəcək.
• Ön sevişmənin dadını çıxarın və bu vaxtı uzatmağa çalışın. Sonra gələcək vulkanik partlamalar üçün bu, olduqca əhəmiyyətlidir.
• Seks zamanı seçdiyiniz musiqi sizi və tərəf müqabilinizi xoş ab-havaya kökləyəcək və ikinizin də rahatlanmağınızı təmin edəcək. Eyni zamanda işıq səviyyəsini də yaxşı təyin etmək əhəmiyyətlidir.
• Yataq otağınız sizin üçün xüsusidir. Oranı sadə və rahat bir hala gətirərək sizi xoşbəxt edən cinsi həyat yaşamanızı təmin edir. Gözəl qoxular, şamlar və yumşaq yastıqlar vacib elementlərdir.
• Qarşılıqlı olaraq bir-birinizlə fantaziyalarınızı mütləq paylaşın. Bu fantaziyalar və səmimi paylaşımlar dəlicəsinə keçəcək gecələrin xəbərçisidir.
• Yataq otağınızda olan güzgü özünüzü izləməyinizi və bundan olduqca zövq almağınızı təmin edəcək. Bunu yoxlamağa dəyər.
• Birlikdə izləyəcəyiniz erotik filmlər münasibətlərinizə başqa bir rəng qatacaq və özünüzə olan etibarınızı göstərəcək. Bu, olduqca cazibədar bir vaxtdır.
• Gözləriniz bağlı sevişmək olduqca həyəcanlı olacaq. Bu formada bir-birinizin həssas nöqtələrinə toxunmaq olduqca zövqlü anlar yaşadacaq.
• Seks zamanı istəklərinizi mütləq bir-birinizin qulağına pıçıldayaraq davam edin. Bu, getdikcə ehtiraslı bir hal alacaq.
• Qəti olaraq rahat və səmimi olun. Özünüzə olan güvən tərəf müqabilinizi rahatlandıracaq və sizə ucsuz-bucaqsız bir yol açacaq.
• Yataq otağınızda saxladığınız seks oyuncaqları münasibətlərinizə başqa bir həyəcan qatacaq. Tabularınızı qırın.
//lent.az