“Daxildəki satqınlar özlərini elə aparır ki…”

12:41 | 9 İyun, 2017

“Azərbaycan beynəlxalq siyasətdə öz standartını uğurla təqdim edir”.
Bu sözləri Editor.az-a danışan “Səs” qəzetinin və eyniadlı media qrupun rəhbəri Bəhruz Quliyev söyləyib.
Onun sözlərinə görə, ölkəmizin dünya siyasətinə gətirdiyi yenilik bəziləri üçün arzuolunan deyil:
“Bu səbəbdən hər vəchlə bu uğurlara kölgə salmağa çalışırlar. Elə rəy yaradırlar ki, guya Azərbaycanda insan haqları pozulur, demokratiya yoxdur. Lakin gəlin xırda bir müqayisə aparaq. Bu gün özünü demokratiyanın beşiyi adlandıran, bütün dünyaya demokratiya dərsi keçən hegemon dövlətlərdə elə hadisələr baş verir ki, bunun nə insan haqları ilə, nə də demokratiya ilə heç bir əlaqəsi yoxdur. İnsanlara dini baxışlarına, milli mənsubiyyətinə görə qiymət verilir və milyonlarla insan təqib olunur. Azərbaycanda isə istər tolerantlıq ən yüksək səviyyədədir. Sadəcə ölkəmizin əbəbdi və əzəli düşməni olan – Ermənistan öz məhvini ölkəmizi ləkiələmək, gözdən salmaqla kompensasiya etməyə çalışır. Çox təəssüf ki, daxildəki satqınlar, emissarlar da bu məsələdə onlarla həmyərlik nümayiş etdirir, düşmən dəyirmanına su tökürlər”.
// Editor.az