backend

Moskva ətrafında dörd nəfəri güllələyərək öldürən şəxs məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında 4 nəfəri qətlə yetirən silahlı şəxs məhv edilib. Cinayətkar xüsusi əməliyyat zamanı öldürülüb.
Xəbər verildiyi kimi, Moskva ətrafında kişi ov tüfəngi ilə evinin pəncərəsindən yoldan keçənlərə atəş açaraq 4 nəfəri qətlə yetirib. İnsident Ramenski rayonunun Kratovo qəsəbəsində baş verib.
“İnterfaks”ın xəbərinə görə, hadisəyə səbəb ailə üzvləri və ya qonşularla məişət zəminində baş vermiş münaqişə olub. Atəş açan şəxsin sərxoş olduğu bildirir.
Bir neçə gün əvvəl Tver əyalətində elektrik ov tüfəngindən 9 nəfəri qətlə yetirib.
//APA