backend

Əli Kərimliyə pullar haradan gəlir? – AXCP-nin sədr müavini ifşa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının maliyyə şəffaflığının gündəmdə olduğu vaxtda AXCP-lərdən birinin sədri Əli Kərimli özünü süddən çıxmış ağ qaşıq kimi göstərir. Gah deyir ki, heç vaxt qrant almayıb, gah da deyir ki, qaranlıq əlaqələrə malik deyil.
Kərimli yalanları ilə insanları aldatmağa çalışır ki, gəzdiyi maşını, oğlunun Avropada barlara, diskotekalara xərclədiyi pulları, yaşadığı lüks həyatı, tikdirdiyi bağ evini, sahibi olduğu obyektləri ona dostları hədiyyə edib. İddia edir ki, guya indiyə kimi 1 manat da olsa qrant almayıb.
Vaxtilə onun yanında olanlar, AXCP-nin şinelindən çıxanlar gözəl bilirlər ki, bu pullar haradan, hansı yollarla gəlir. Bu səbəbdən Kərimlinin yalan-dolan sözləri Razi Nurullayevin cəbhəsində hiddələ qarşılanıb.
Nurullayevin AXCP-sinin sədr müavini Ehtiram Mehdiyev AzVision.az-a açıqlama verərək ifşaedici məqamları üzə çıxarıb. O, deyib ki, Ə.Kərimlinin söylədiyi fikirlər ağ yalandır, ona müxtəlif mənbələrdən küllü miqdarda pullar gəlir:
-Heç bir partiya maliyyəsiz fəaliyyət göstərə bilməz. AXCP-yə xarici donor təşkilatları, müxtəlif lobbi təşkilatları, o cümlədən beynəlxalq təşkilatlar, yerli, həmçinin özlərinin dəstək verdikləri, hansısa yollarla idarə etdikləri biznes qurumları köməklik edir. Bu pullar müxtəlif yollarla Kərimliyə ötürülür. Başqa cür partiya necə fəaliyyət göstərə bilər? Azərbaycanda Milli Məclisə düşə bilən siyasi partiyalar dövlət tərəfindən maliyələşdirilir. Ona görə də onlar maliyyə qaynaqlarını göstərə bilirlər. Digər siyasi partiyalar, o cümlədən Kərimli fəaliyyət göstərirsə, mitinqlər təşkil edə, mətbu orqanı, o cümlədən teniki işçilər saxlaya bilirsə, deməli partiyanın maliyyə qaynağı var. Bunu onun partiyadaşları da yaxşı bilir ki, Əli Kərimliyə pullar haradan gəlir. Onlara pullar müxtəlif adlar altında daxil olur. Maliyyə axını bu gün də davam edir. Əli Kərimli tamamilə yalan danışır.
 
//AzVision.az