backend

Avstraliya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir – nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini qətiyyətlə dəstəkləyir.
bunu Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells Bakıda Azərbaycan-Avstraliya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.
Nazir bildirib ki, Avstraliya ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində səylərini dəstəkləyir: “Biz bütün tərəfləri atəşkəs rejminə hörmət etməyə və vəziyyətin gərginləməsinin qarşısını almağa çağırırıq”.
//Trend