backend

Tibbi turizm: Müalicəvi turlar neçəyədir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ sovet dövründə insanlar ildə bir dəfə kurort və sanatoriyalara üz tutur, həm dincəlir, həm də müalicə alırdı. Həm xaricdə, həm də ölkəmizdəki sanatoriyalar ilin müxtəlif fəsillərində insanlarla dolu olurdu. İndi isə tibbi turizm adlı anlayış var, artıq bir çox otellər həm də müalicəxana kimi fəaliyyət göstərir. Bəs görəsən xaricdə və ya ölkəmizdə tibbi turizm paketlərinin hazirki qiyməti nə qədərdir? Yayda həm dincəlmək, həm də müalicə almaq istəyirsinizsə, ekrana yaxın əyləşin.
Editor.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda ildən ilə tibbi turizmə maraq çoxalır. İnsanlar həm dincəlmək, həm gəzmək, həm də müalicə almaq üçün xarici ölkələrə üz tutur.
Turizm mütəxəssisi Ceyhun Kazımzadə deyir ki, tibbi turizm üçün ilin müxtəlif mövsümlərində müracxiət edənlər var. Hazırda müxtəlif ölkələr üçün tibbi turizm paketlərinin qiyməti isə belədir.
Sadalanılan şəhərlərdə təbiət imkanları, geniş profilli müalicəxanalar, yeraltı və yerüstü sərvətlər müxtəlif xəstəliklərin müalicəsi üçün hədsiz effektlidir.
Azərbaycanda da tibbi turizm ildən ilə inkişaf edir. Elə ölkəmizə bu məqsədlə gələn turistlərin sayı da az deyil.
Turizm eksperti Ramiz Qafarov deyir ki, Masallı və Şabrandakı termal sular, Naftalan nefti, Naxçıvandakı duz dağ dünyada ən ideal müalicə və istirahət yerlərindən sayılır.
Tibbi turizm şirkətləri xəstəliyə uyğun xəstəxana seçməkdə, eləcə də xəstənin maddi vəziyyətinə uyğun xəstəxana seçimində, həkimə xəstənin şikayətlərinin daha dəqiq şəkildə çatdırılmasında, ən yaxşı ixtisas həkiminin seçilməsində köməklik göstərir.
//Editor.az