Ziyafət Əsgərov: “Birinci vitse-prezident və vitse-prezident postları siyasi idarəetmə sistemini daha da təkmilləşdirdi”backend

Ziyafət Əsgərov: “Birinci vitse-prezident və vitse-prezident postları siyasi idarəetmə sistemini daha da təkmilləşdirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın dövlət idarəçiliyində birinci vitse-prezident və vitse-prezident postlarının təsbit olunması ilə ölkənin siyasi idarəetmə sistemi daha da təkmilləşdirildi”.
Bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin iclasında deyib.
Z. Əsgərov bildirib ki, bundan sonra sosial yönümlü siyasət daha əhatəli olacaq: “Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, eyni zamanda, sosial bir dövlətdir. Mehriban xanımın özünün də dediyi kimi, əgər o, əsasən sosial problemlərin həlli ilə məşğul olacaqsa, Azərbaycanda sosial dövlətin daha da gücləndirilməsinə çox böyük töhfə vermiş olacaq. Mehriban Əliyeva çox peşəkar siyasətçi, işgüzar, təcrübəli, prinsipial bir adam, özünün dediyi kimi, möhtərəm prezidentimizin ən yaxın silahdaşı kimi dövlət başçısına yardımçı olacaq. Mən digər bir məsələyə də toxunmaq istəyirəm, o da Mehriban xanımı xarakterizə edən, onun insani keyfiyyətlərindən biri – humanistliyi ilə bağlıdır. Bu günə qədər Azərbaycanda Mehriban xanımın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları nəticəsində on minlərlə insan öz ailəsinə, azadlığa qovuşub. Amnistiya aktının verilməsi təkcə hüquqla bağlı olan məsələ deyil, on minlərlə insanın öz ailəsinə qovuşması eyni zamanda bütövlükdə dövlətin humanist xarakterinin göstəricisidir”.
//APA