backend

Deputat: “Bu islahatlar imkan verəcək ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər hansı kadrın vəzifədən azad olunması və yenisinin bu vəzifəyə təyin olunması, o cümlədən struktur islahatlarının həyata keçirilməsi birbaşa dövlət başçısının səlahiyyətinə aid olan məsələdir”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Mirkazım Kamzımov söyləyib.
Onun sözlərinə görə, Prezidentin həyata keçirdiyi bütün islahatlar, eyni zamanda sərəncamlar istisnasız olaraq ölkəmizin inkişafına xidmət edir:
“Heç şübhəsiz Cənab Prezident İlham Əliyevin sərəncamı ilə reallaşan kadr islahatları ölkə gəncliyinin qarşısında böyük imkanlar açır. Son təyinatlardan sonra gənclər ölkə rəhbərliyində təmsil olunmağa başladı ki, bu da Cənab İlham Əliyevin gənclərə qayğısının nəticəsidir. Hesab edirəm ki, bu sərəncam idarəetməyə yeni çalarlar gətirəcək və ölkəmizdə daha çevik idarəetmə siteminin güclənməsinə xidmət edəcək”.
// Editor.az